08.01.2015
VOKALÇILARIN BÜLBÜL ADINA 1-Cİ BEYNƏLXALQ MÜSABİQƏSİNƏ

Görkəmli Azərbaycan müğənnisi, musiqişünas-alim və ictimai xadim, SSRİ xalq artisti, professor Bülbülün anadan olmasının 100 illiyinə həsr edilən birinci müsabiqə 1997-ci il 19 noyabr – 1 dekabr tarixində Bakı şəhərində keçirilmişdir.
Müsabiqədə Azərbaycan, Gürcüstan, İran, Qazaxıstan, Rusiya Federasiyası, Türkiyə, Özbəkistan, Ukrayna və Cənubi Koreyadan 68 vokalçı iştirak etmişdir.
Müsabiqənin Təşkilat Komitəsinin sədri Azərbaycan Respublikasının Mədəniyyət Naziri, xalq artisti, professor Polad Bülbüloğlu olmuşdur.

Müsabiqənin Münsiflər heyətinin tərkibinə aşağıdakılar daxil idi:

Sədr:

  • İrina Arxipova (Rusiya) - BMXİ-nin sədri, Sosialist Əməyi Qəhrəmanı, Lenin və Dövlət mükafatları laureatı, SSRİ xalq artisti, professor, akademik

Sədr müavini:

  • Fərhad Bədəlbəyli (Azərbaycan) - Bakı Musiqi Akademiyasının rektoru, Azərbaycan Musiqi Xadimləri İttifaqının sədri, SSRİ xalq artisti, respublika dövlət mükafatı laureatı, professor

 

Münsiflər heyətinin üzvləri:

  • Mariya Bieşu (Moldova) - Moldova Musiqi Xadimləri İttifaqının sədri, Sosialist Əməyi Qəhrəmanı, Lenin və Dövlət mükafatları laureatı, SSRİ xalq artisti, professor
  • Yevgeniya Miroşniçenko (Ukrayna) - SSRİ xalq artisti, SSRİ və Ukrayna Dövlət mükafatları laureatı, professor
  • Firəngiz Əhmədova (Azərbaycan) - SSRİ xalq artisti, professor
  • Fidan Qasımova (Azərbaycan) - SSRİ xalq artisti, respublika Dövlət mükafatı laureatı, beynəlxalq müsabiqələr laureatı, professor
  • Nodar Andquladze (Gürcüstan) - Gürcüstanın xalq artisti, Gürcüstan Dövlət mükafatı laureatı, professor
  • Xuraman Qasımova (Azərbaycan) - Azərbaycan Respublikasının xalq artisti, respublika Dövlət mükafatı laureatı, beynəlxalq müsabiqələr laureatı, professor
  • Aleksandr Samoile (Moldova) - Kişinev (Moldova) və İzmir (Türkiyə) opera teatrlarının baş dirijoru, Moldova xalq artisti, respublika Dövlət mükafatı laureatı, professor
  • Nedda Kasey (ABŞ) - Musiqi İfaçılığı Cəmiyyətinin prezidenti, müğənni, pedaqoq, ictimai xadim, Roza Ponsel adına Beynəlxalq Müsabiqənin münsiflər heyətinin üzvü, professor.

 

VOKALÇILARIN BÜLBÜL ADINA BİRİNCİ BEYNƏLXALQ MÜSABİQƏSİNİN MÜKAFATLARI, PRİZLƏRİ VƏ DİPLOMLARI

  • Qran-Pri mükafatına (10 000$) və laureat adına Əli Əsgərov (Azərbaycan);
  • I mükafata (5 000$) və laureat adına Besik Qabitaşvili (Gürcüstan);
  • II mükafata (3 000$) və laureat adına Övliya Həsən Ənami (İran);
  • II mükafata (3 000$) və laureat adına Kayırjan Joldıbayev (Qazaxıstan);
  • III mükafata (2 000$) və laureat adına Qarina Kərimova (Azərbaycan);
  • III mükafata (2 000$) və laureat adına Gennadi Kabka (Ukrayna);
  • III mükafata (2 000$) və laureat adına Mişelina Kobliani (Gürcüstan);
  • IV mükafata (1 500$) və laureat adına Jannat Baqtayeva (Qazaxıstan);
  • IV mükafata (1 500$) və laureat adına Valentina Matyuşenko (Ukrayna) layiq görülmüşlər.

 

  • Diplom və 1000$ məbləğində mükafat Leçi İmedaşviliyə (Gürcüstan);
  • Diplom və 1000$ məbləğində mükafat Adilə Axundovaya (Azərbaycan);
  • Diplom və 1000$ məbləğində mükafat Kim Xen Oya (Cənubi Koreya) təqdim edilmişdir.

 

  • «Ən yaxşı xalq mahnısı ifasına görə» xüsusi priz David Qvelesianiyə (Gürcüstan);
  • «Bülbül repertuarından ən yaxşı romans ifasına görə» xüsusi priz Kayırjan Joldıbayevə (Qazaxıstan);
  • «Ən yaxşı tenor» üçün xüsusi priz Övliya Həsən Ənamiyə (İran);
  • «Sevil» qadın cəmiyyətinin təsis etdiyi «Ən gənc iştirakçı» üçün xüsusi priz Dilşad Əsədovaya (Azərbaycan);
  • «Azərbaycan qadını» jurnalının təsis etdiyi «Artistliyə və ustalığa görə» xüsusi priz Marina Zaqorulkoya (Ukrayna);
  • Azərbaycan Musiqi Xadimləri İttifaqının «Qərbi Avropa bəstəkar romanslarının ən yaxşı ifasına görə» xüsusi priz İrma Qoçilaşviliyə (Gürcüstan) verilmişdir.

 

Azərbaycan Mədəniyyət Nazirliyinin təsis etdiyi və hər biri 500 dollar məbləğində olan üç mükafat aşağıdakı musiqiçilərə təqdim olunmuşdur:

  • Fəridə Məmmədova (Azərbaycan)
  • Cəmilə Babayeva (Azərbaycan)
  • Natalya Zaşmarina (Rusiya)

 

«Müsabiqənin ən yaxşı konsertmeysteri» üçün təsis edilən və hər biri 300 dollar məbləğində olan pul mükafatına isə aşağıdakılar layiq görülmüşlər:

  • Rəna Ağayeva (Azərbaycan);
  • Svetlana Hüseynova (Azərbaycan);
  • Dmitri Sibirtsev (Rusiya);
  • Teymuraz Eliava (Gürcüstan);
  • İndira Əhmədova (Qazaxıstan).
Telelefon: +994 (12) 493 1716
Sosial şəbəkələr:

facebook kontakt