VOKALİSTLƏRİN BÜLBÜL adına IX BEYNƏLXALQ MÜSABİQƏSİ

Azərbaycan Respublikası, Bakı və Şuşa şəhərləri

03-09 iyun 2024-cü il

 

Müsabiqənin keçirilmə yeri: Azərbaycan Dövlət Akademik Filarmoniyası

Ünvan: Azərbaycan Respublikası, Bakı şəhəri 1001, İstiqlaliyyət küçəsi 10

Müraciətlərin qəbulu üçün son gün 01 may 2024-cü ildir.

 

Mükafatlar:

Qran-Pri (10.000 ABŞ dolları)

I mükafat (7.000 ABŞ dolları)

II mükafat (5.000 ABŞ dolları)

III mükafat (3.000 ABŞ dolları)

Xüsusi mükafatlar:

“Ən yaxşı tenor” (1.000 ABŞ dolları)

“Bülbülün repertuarından Azərbaycan bəstəkarlarının əsərlərinin ən yaxşı ifasına görə” (1.000 ABŞ dolları)

“Ümid mükafatı” (xüsusi mükafat)

MÜSABİQƏNİN KEÇİRİLMƏ ŞƏRTLƏRİ

Müsabiqəyə 18-36 yaş (daxil olmaqla) arası iştirakçılar buraxılır.

Müsabiqədə aşağıdakı şəxslər iştirak edə bilərlər:

Opera müğənniləri, məzunlar, orta və ali musiqi təhsili müəssisələrinin (məsələn, musiqi məktəbi, musiqi kolleci, musiqi akademiyası, musiqi institutu, xor ali məktəbi, musiqi təhsili bölmələri olan ali məktəblər, magistratura və aspirantura) tələbələri.

 

Seçmə mərhələsi

iştirakçılar tərəfindən göndərilən video yazılar əsasında həyata keçirilir (01 may 2024-cü il tarixinə qədər)

I tur

Opera, kantata və ya oratoriyadan (iştirakçının seçimi əsasında) ariya

II tur

Operadan ariya (iştirakçının seçimi əsasında)

Aşağıdakı siyahıdan seçməklə, Bülbülün repertuarından Azərbaycan bəstəkarlarının əsərlərinin ifası:

·       Üzeyir Hacıbəyov, “Sənsiz” (Nizami Gəncəvinin sözlərinə)

·       Üzeyir Hacıbəyov, “Sevgili canan” (Nizami Gəncəvinin sözlərinə)

·       Asəf Zeynallı, “Ölkəm” (Cəfər Cabbarlının sözlərinə)

·       Fikrət Əmirov,”Ulduz” (Məmməd Rəhimin sözlərinə)

Notları müsabiqənin internet saytında Notlar bölməsindən yükləmək olar.

İştirakçının səs tipindən asılı olaraq, müxtəlif tonallıqlarda ifaya icazə verilir. İfalar (orijinal səsdə) Azərbaycan dilində olmalıdır.

 

III tur

(simfonik orkestrin müşayiəti ilə)

İştirakçı dünya opera repertuarından istənilən 3 ariyanı hazırlamalı və göndərməlidir. Münsiflər heyəti təklif olunan siyahıdan 2 ariya seçir.

 

Müsabiqə iştirakçılarının diqqətinə!

 

Hər bir əsər yalnız bir dəfə ifa oluna bilər. Bütün ariyalar orijinal dildə, orijinal açarda olmalı və əzbərdən ifa olunmalıdır.

Əsərlərin dəyişdirilməsinə icazə verilmir (xüsusi hallarda, Təşkilat Komitəsinin qərarı ilə dəyişdirilə bilər).

Konsertmeysterlər Təşkilat Komitəsi tərəfindən əlavə ödəniş olmadan təqdim edilir.

Müsabiqə iştirakçısı müsabiqədə öz konsertmeysteri ilə çıxış etmək istədiyi təqdirdə, onun işi və Bakı şəhərində olması ilə bağlı bütün xərclər iştirakçı tərəfindən ödənilir.

 

QEYD:

Müsabiqənin I və II turunda çıxışlar fortepiano ilə müşayiət olunur. Bütün əsərlər müsabiqə iştirakçıları tərəfindən digər turlarda təkrarlanmamaqla, mütləq əzbərdən və orijinal dildə ifa olunur.

MÜRACİƏT QAYDASI:

Müsabiqədə iştirak etmək üçün aşağıdakı materiallar göndərilməlidir:

Elektron ərizə (saytda doldurulur) və ona əlavə olunmalı aşağıdakı sənədlər:

·       Pasport

·       Azərbaycan, rus və ingilis dillərində fotoşəkil ilə birlikdə CV – tərcümeyi-hal

·       Video (Youtube-a yüklənmiş və 2022-ci ildən gec olmamaqla qeydə alınmış, namizəd tərəfindən ifa olunmuş ariyaya keçidlər).

 

Videoyazılar əsasında həyata keçirilən seçim turundan sonra müsabiqədə iştirak etmək üçün müraciət edən bütün şəxslərin elektron poçt ünvanlarına iştirakla bağlı təsdiq və ya imtina məktubu göndərilir.

 

Müsabiqədə iştirak etmək məqsədilə Bakı şəhərinə gəliş müsabiqə iştirakçılarının öz hesabınadır.

Təşkilat Komitəsi III tura keçən iştirakçıların mehmanxanada yaşayış xərclərini ödəyir. Bu müddətə qədər iştirakçı Bakıda yaşayış xərclərini müstəqil qaydada ödəyir.

Bakı-Şuşa-Bakı marşrutu üzrə gediş-gəliş, Şuşa şəhərində yaşayış və qida xərcləri Təşkilat Komitəsi tərəfindən ödənilir.

Mükafatların və diplomların verilməsi hər bir namizəd üçün münsiflər heyəti üzvlərinin səsverməsi ilə həyata keçirilir.

Münsiflər heyəti öz mülahizəsi ilə aşağıdakılara hüququ vardır:

·       “Qran-Pri” daxil olmaqla, mükafatların hər hansı birini təqdim etməmək;

·       Mükafatların (“Qran-Pri” istisna olmaqla) iştirakçılar arasında mükafatların sayı həddində bölüşdürülməsi.

Münsiflər heyətinin iclasları qapalı keçirilir, qərarlar protokolla rəsmiləşdirilir, yekun hesab olunur və yenidən baxılmır. İştirakçılar Təşkilat Komitəsinə müsabiqənin radio və televiziya vasitəsilə yayımlanması, müsabiqənin saytında audio və video yazıların aparılması və daha sonra iştirakçılara qonorar ödənilmədən onların yayılması hüququ verir. Həmçinin iştirakçılar Təşkilat Komitəsinə reklam məhsullarının hazırlanmasında onların fotoşəkillərindən istifadəyə və müsabiqə ilə bağlı adlarının istifadəsinə razılıq verirlər. Müsabiqənin bütün mərhələləri müəyyən olunmuş qaydada akkreditə edilmiş kütləvi informasiya vasitələri tərəfindən işıqlandırılır.  Müsabiqənin keçirilmə planı və reqlamenti Təşkilat Komitəsi tərəfindən təsdiq edilir və bütün iştirakçılar üçün məcburidir. Müsabiqədə iştirak etmək üçün müraciətin ünvanlanması bu qaydaları tam və qeyd-şərtsiz qəbul etmək deməkdir. Bütün fors-major vəziyyətlər Təşkilat Komitəsi tərəfindən fərdi qaydada nəzərdən keçirilir.

 

VACİBDİR!!! Müsabiqə iştirakçılarının müsabiqənin keçirildiyi müddətdə başqa peşə öhdəlikləri daşımaq hüququ yoxdur. Əks halda – diskvalifikasiya.

Müsabiqə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Bülbül Beynəlxalq Fondu tərəfindən keçirilir.

Müsabiqənin sədri: Azərbaycan Respublikasının xalq artisti, professor Polad Bülbüloğlu

Müsabiqənin direktoru: Anna Nikolayevna Selivanova, Tel: +7 929 579 86 40, e-mail: byulbyulcompetition@gmail.com

Rusiya Federasiyasında əlaqələndirici şəxs: Rıbinskiy Nikolay Qeorqiyeviç (Moskva), Tel: +7 903 140 09 82, e-mail: n3772308@yandex.ru

Bakı şəhərində əlaqələndirici şəxs: Əsədova Səbinə, Tel: +994 50 743 08 62, e-mail: sabina_asadova@mail.ru

Telelefon: +994 (12) 493 1716
Sosial şəbəkələr:

facebook kontakt